iran prezidenti Mahmud Əhmədinejada qarzı sui-qəsd olub

img

04-08-2010 [01:54]


Bu gün İran prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd olub. "Əl Ərəbiyyə" telekanalının yaydığı məlumata görə, prezidentin kortejinə əl qumbarası atılıb. Məlumata görə, artıq qumbaranı atan şəxs saxlanılıb. İlkin məlumatlara görə, əldəqayırma qumbaranın partlaması nəticəsində bir necə nəfər yaralanıb, dövlət başçısı isə heç bir xəsarət almayıb. Bəzi ərəb və yerli kanalların məlumatına görə, sui-qəsd Həmadan şəhərində olub. Hadisədən sonra Əhmədinejad canlı yayımda çıxış etsə də, qəsd barədə heç bir şey deməyib. Qeyd edək ki, 2005-ci ildə Sistan- Belucistan əyalətində də prezident kortejinə basqın olmuşdu. O, zaman qəsd nəticəsində Əhmədinejadın mühafizəçilərindən biri həlak olmuşdu. O zaman hakimiyyət mənbələri bu məlumatı təsdiqləməmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA