Tahir Abbaslı: ?Brayzanın sərfəli səfir olacağını düzünənlər yanılırlar?

img

04-08-2010 [12:12]


?Azərbaycan İslam Demokrat Partiyası (AİDP) ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın Azərbaycana səfir təyinatı ilə bağlı maneçilikdən doğan narahatçılıqları əsassız sayır?. Bu fikri partiyanın sədri hacı Tahir Abbaslı deyib. Partiya sədri deyib ki, Metyu Brayza Türkiyəli Zeyno Baranla ailə qurmuş olsa da, Azərbaycana çox gəlib getsə də bütün hallarda ABŞ diplomatiyanın yetirməsidir və bu ölkənin siyasətini həyata keçirəcək. Diplomatiyada isə dostluq, qohumluq deyil maraqlar üstünlük təşkil edir: ?Hesab edirəm ki, ABŞ prezidentinin Brayzanın namizədliyini irəli sürməsi onun bu bölgəni yaxından tanıması ilə bağlıdır. Təbii ki, o bu bölgəni yaxından tanıdığından ABŞ-ın bölgə ilə bağlı maraqlarını daha peşəkar şəkildə həyata keçirəcək. Bu mənada Brayzanın bizə sərfəli səfir olacağını düşünənlər yanılırlar?. T.Abbaslının fikrincə, Brayzanın namizədliyinin irəli sürülməsinin arxasında onun həmsədrliklə yanaşı Xəzər regionunda enerji məsələləri ilə məşğul olması faktoru da dayanır: ?Təbii ki, ABŞ onun bu təcrübəsindən də yararlanmaq niyyətindədir?. AİDP sədrinin fikrincə bu məqamları nəzrə aldıqda Brayzanın təyinatında ləngimə olsa da tez ya gec bu məsələ öz həllini tapacaq. Ermənilərin narahatlıqlarına qiymət verən AİDP sədri hesab edir ki, ilk növbədə bu onların xislətindədir: ?Müşahidə etsək görərik ki, ermənilər bir çox məqamlarda etiraz edirlər, səs-küy salırlar?. Bununla belə erməni diasporasının Brayzanın təyinatının ləngiməsində ermənipərəst konqresmenlərin əlinin olduğunu düşünən T.Abbaslı deyir Azərbaycan diasporası və hökuməti də ayıq olmalıdır: ?Şər deməsən xeyir gəlməz. Ola bilər ki, Brayzanın namizədliyi ləğv edilsin. Bax onda bizim diaspora hökumətin dəstəyi ilə ayıqlıq nümayiş etdirərək məhz ermənipərəst bir şəxsin ölkəmizə səfir təyin olunmasını əngəlləməlidirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA