02-08-2017 [10:59]
Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən "Turan TV"-nin efirində özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə Azərbaycan və Rusiya hakimiyyətlərinin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasion faktlar üzə çıxıb.
Hazırda Avropada yaşayan jurnalist həmkarlarımızdan biri Strateq.az-a deyib ki, Beydulla Manafov ABŞ və Avropadakı mühacirlərə Əliyevlər hakimiyyətinin təqiblərindən yaxa qurtarmaq üçün ölkəni tərk etdiyini və ona görə də hakimiyyətə qarşı sərt mübarizə yolu tutduğunu söyləsə də, onun Azərbaycandan gediş səbəbləri əslində tamam başqa motivlər əsasında olub və hazırki siyasi fəaliyyətinin kökündə də, heç də özünün indi iddia etdiyi kimi, "ölkəni demokratikləşdirmək istəyi” durmur.
Həmkarımızın bildirdiyinə görə, o, Beydulla Manafovun tez-tez "Turan TV”-nin efirindən əsasən əhalinin rusdilli təbəqəsinə ünvanlanmış hakimiyyət əleyhinə çıxışlarını izlədikdən sonra onunla bağlı araşdırma aparmaq qərarına gəlib və heyrətamiz faktlarla üzləşib: "Əvvəlcə mənə dedilər ki, Əliyevlər hakimiyyətinin təqibindən yaxa qurtarmaq üçün ABŞ-a sığınıb. Ancaq sonra onu yaxından tanıyan şəxslərdən eşitdim ki, Beydulla Manafov əslində həyat yoldaşının erməni olması və bunu da əksəriyyətin bilməsi səbəbindən Azərbaycanda yaşamaq istəməyib və ailəsini də götürüb ABŞ-a köçüb. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır, 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar, hazırda Texas ştatında, Dallasda qalırlar. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova da Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez bura – Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında "erməni amili” mühüm rol oynayıb və bu işdə ABŞ-dakı erməni lobbisinin köməyindən yararlanıblar. Ancaq bunu gizlədirlər…”.
Həmkarımızın bildirdiyinə görə, Beydulla Manfov özünü hər yerdə jurnalist kimi təqdim etsə də, o, əslində Nəsimi rayon Partiya Komitəsinin təlimatçsı işləyib:"Beydulla Manafov ixtisasca jurnalistdir, ancaq o, keçmiş kommunistdir, uzun müddət Nəsimi rayon Partiya Komitəsinin təlimatçısı işləyib və Sovet hökumətini təbliğ edib. İndi olub "böyük demokrat"”.
Qeyd edək ki, jurnalist həmkarımız bizimlə söhbətində Beydulla Manafovun həyat yoldaşının erməni olması faktının və onun erməni lobbisiylə əlaqlərinin Qənimət Zahidə bəlli olub-olmadığını bilmədiyini də söyləyib: "Mən Qənimətin nə özüylə, nə də dəstəsiylə əlaqə saxlamıram. Məncə, bu faktı bilmir. Çünki Beydulla Manafov böyük bir oyundadır və bu oyunu quranların başı da gedib birbaşa erməni lobbisinə, qərbdəki xüsusi xidmətlərə bağlanır. Qənimət, yəqin ki, adının ermənilərin Azərbaycana qarşı planlarında yer almış adam kimi çəkilməsini istəməz. Məncə, o, Beydullanın gerçək kimliyindən məlumatsızdır. Qənimətə Azərbaycan hakimiyyətinin əleyhinə danışan adam lazımdır, o da buna görə meydan verir”.
Onu da qeyd edək ki, həmkarımız son vaxtlar erməni lobbisinin ABŞ və Avropada yaşayan siyasi mühacirlərə necə "qarmaq” atmalarından, onları hansı məqsədlə özlərinə tərəf çəkməyə çalışdıqlarından da geniş bəhs edib və onun söylədikləri informasiyalar əsasında hazırlanan geniş materialı sabah Strateq.az-da yayınlayacağıq.
Strateq.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə