"Dağlıq Qarabağ problemini heç vaxt Avropa Şurasının gündəmindən çıxarmayacağıq"

img

02-08-2010 [01:19]


?Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşlərini davam etdirmək niyyətindəyik. Məqsədimiz Dağlıq Qarabağ probleminin həlli məsələsində Ermənistanın qeyri-konstruktiv mövqedə dayandığını Avropaya nümayiş etdirməkdir?. Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. AŞ PA-nın sessiyalarında ermənilərlə bir neçə dəfə görüş keçirdiklərini xatırladan S.Seyidovun sözlərinə görə, ermənilər bu qurumun tərkibində Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə razılıq vermək istəmirlər. ?Bütün bunlar onu göstərir ki, Ermənistan açıq-aşkar danışıqlardan qaçır və bunu bütün Avropa Şurasına, Avropa ictimaiyyətinə göstərir. Belə olan təqdirdə, Avropa Şurasında heç kimə sübut etmək mümkün olmayacaq ki, Ermənistan konstruktiv, Azərbaycan isə qeyri-konstruktiv mövqedədir? deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb. S.Seyidov qeyd edib ki, Azərbaycan həmsədrlərin təklif etdiyi yenilənmiş Madrid prinsiplərini qəbul etdiyi halda Ermənistan bundan qaçır. Bununla da, Ermənistan dünyada özünü ifşa etməkdədir. ?Biz heç vaxt Dağlıq Qarabağ problemini Avropa Şurasının gündəmindən çıxarmayacağıq? deyə o, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA