Azərbaycanda xəstəxanada yanğın - İçəridə 40 xəstə qalıb(Yenilənib)

img

27-07-2017 [14:52]


Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı heç kim xəsarət almayıb.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı xəstəxanadakı bütün xəstələr və işçilər təxliyə edilib. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Artıq yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, bu ildən ölkə ərazisində ilk dəfə olaraq, icbari tibbi sığorta sistemi Yevlax və Mingəçevirdə həyata keçirilir. Bununla əlaqədar Mingəçevir şəhəri və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.Məlumata görə, xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə bütün xəstələr təxliyə edilib.

Xəstəxanadan verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb: "Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə 4 yanğın söndürəm maşın və FHN-ni və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".

***

Yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirir.

Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

****
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya bildirilib ki, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.










Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA