"28 May” stansiyasında sərnişinlə polis arasında mübahisə: "Paqonlarını çıxardaram" (VİDEO)

img

26-07-2017 [13:17]


Bakı metrosunun "28 May” stansiyasında narkotik vasitə qəbul etdiyi iddia edilən şəxslə polis əməkdaşı arasında mübahisə düşüb.

Mia.az Baku.ws-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda görünür ki, polis əməkdaşı ictimai asayişi pozan şəxsə yaxınlaşaraq qaydalara əməl etməyi tələb edib.

Vəziyyəti "xeyli yaxşı” olan sərnişin isə polis əməkdaşına hədə-qorxu gəlməyə başlayıb.

"Kimin sözü varsa üzümə desin, mən də onun paqonlarını çıxarım atım kənara”, - deyə narkotik vasitə qəbul etdiyi iddia edilən şəxs bildirib.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA