Elmar Məmmədyarov Sosialist internasionalın baz katibi Luis Ayalanı qəbul edib

img

30-07-2010 [04:23]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. Xarici İşlər Naziriliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı L.Ayala Azərbaycandakı inkişafın onda yüksək təəssürat yaratdığını qeyd edərək, xüsusilə qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirib. Öz növbəsində, nazir E.Məmmədyarov respublika iqtisadiyyatının inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir E.Məmmədyarov münaqişənin həllində Azərbaycan tərəfinin yeniləşdirilmiş Madrid prinsiplərini əsas tutduğunu bildirib. L.Ayala Azərbaycan kimi mühüm ölkə ilə Sosialist İnternasional arasında əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Ermənistan ? Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin onun təmsil etdiyi təşkilatın diqqət mərkəzində olduğunu qeyd edən qonaq bu münaqişənin tezliklə həllinə ehtiyacın olduğunu bildirib. L.Ayala təşkilatın regional komitəsinin 2010-cu ilin iyun ayında İrəvanda keçirdiyi iclası barədə məlumat verib və növbəti iclasın Bakıda keçirilməsi imkanları ilə maraqlanıb. Qonaq bu iclası Bakıda keçirməklə rəhbərlik etdiyi təşkilatın Azərbaycan tərəfinin mövqeyinin dünya ictimaiyyətinə açıqlanmasına dəstək vermək arzusu kimi qiymətləndirib. Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA