Bakıda qayınana kürəkənini bıçaqlayıb

img

24-07-2017 [10:13]


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mia.az "Report”a istinadən xəbər verir ki, Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman Telman oğlu ikinci həyat yoldaşının anası ilə ailə məişət zəminində mübahisə edib.

Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA