Bakıda Olimpiya çempionu maşınla ata, ana və uşağını vurdu

img

20-07-2017 [11:43]


Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. Mia.az lent.az-s istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib.

Naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sportnet.az xəbər verir ki, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub. O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA