Sürücü yol polisini vurub qaçdı - Axtarış başlayıb

img

18-07-2017 [23:16]


Masallıda avtomobil yol polisini vuraraq qaçıb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. İnsident Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman baş verib. YPX baş serjantı Qoşqar Eynalov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA