Ata Kürdə boğulan oğlunu xilas etmək istədi, ancaq özü də batdı... - Faciənin təfərrüatı + FOTO

img

18-07-2017 [22:29]


Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslərin meyiti tapılıb.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəridin meyiti sudan çıxarılıb
 
***
15:38 
 
Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.

"Report” xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb. 

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub.
 
Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA