FHN əməkdaşları kanalizasiya quyusunda boğuldular, ölənlər var - Prokuror hadisə yerində(FOTO)

img

18-07-2017 [16:49]


Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxsi xilas etmək istəyən 6 FHN əməkdaşından 2-si dünyasını dəyişib.

Mia.az xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası reanimasiya şöbəsindən unikal.org-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən 6 əməkdaşı qazdan zəhərlənib.

Nəticədə iki nəfər boğularaq dünyasını dəyişib və daha 4 əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxanaya yerləşdirilən FHN əməkdaşlarından ikisinin adı məlum olub. Onlardan biri Elvin Allahverdiyev və Namiq Əhmədovdur. Hazırda E.Allahverdiyevin vəziyəti ağırlaşıb.

Unikal.orghadisə yerindən fotoları təqdim edir.






Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA