Bakıda məktəb direktorunun otağından pul oğurlandı

img

17-07-2017 [19:18]


Bakıda məktəb direktorunun otağından oğurluq olub.

Mia.az report-aistinadən xəbər verir ki, hadisə keçən həftə, iyulun 11-də qeydə alınıb. Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə qeydə alınıb. Orada məktəb direktoru Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA