15-07-2017 [09:03]
Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölmüş piyadanın yaxınları hadisə yerinə gələn təcili tibbi yardım işçilərinə qarşı fiziki təzyiq göstəriblər.
Mia.az "Report”a istinadən xəbər verir ki, naməlum avtomobil gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən Gəncə şəhər sakini, 34 yaşlı Aynurə Məmmədovanı və övladını vurub. Nəticədə qadın hadisə yerindəcə ölüb, onun övladı isə ağır xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin qəza zamanı dünyasını dəyişən piyadanın yaxınları tibbi yardım maşının sürücüsünə və həkimə qarşı təzyiq göstəriblər. Zərərçəkənin yaxınları hadisə yerinə gec gəldiklərini irad tutaraq tibb işçilərinə yumruq və təpik zərbələri endiriblər. Nəticədə sürücü və həkim xəsarət alıb.
Qeyd edək ki, hadisə nəticəsində ağır xəsarət alan uşaq Gəncədəki özəl xəstəxanaların birinə yerləşdirilib. Qəzanı törədən "QAZ-3110” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb, sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
***
Gəncədə iki nəfəri avtomobillə vurub öldürən sürücü saxlanılıb.
Mia.az APA-ya istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzasını Göygöl rayon Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlunun törətdiyi məlum olub.
O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə sürücülük vəsiqəsi olmayan İ. Şərifov dostunun "QAZ 3110” markalı avtomobilini idarə edərək Nizami Gəncəvi prospekti ilə yüksək sürətlə hərəkət edirmiş. Qarşısındakı avtomobil dayanaraq piyadalara yol verən zaman İ. Şərifov yandan ötüb keçmək istəyib. Bu zaman yolu keçən Abbasov Altay 11 yaşlı oğlu ilə dayansalar da, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Abbasova Aynurə qucağında 5 yaşlı oğlu Məhəmmədlə yolu keçmək istəyib. Nəticədə avtomobil onları vurub. Qadın hadisə yerində dünyasını dəyişib. 2012-ci il təvəllüdlü Abbasov Məhəmməd xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən sürücü İ. Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq aralıda olan Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
.jpeg)
.jpeg)
.jpeg)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub