AIDP sədri iranla bağlı Azərbaycanın ABŞ-ı dəstəkləməsini istəmir

img

28-07-2010 [02:54]


Son günlər İran ətrafında cərəyan edən hadisələrin müzakirəsi zamanı diqqət Azərbaycanın bu prosesdə iştirak edib-etməyəcəyinə də yönəlib. Bir çoxları bu fikirdədirlər ki, ABŞ Azərbaycanı strateji müttəfiq elan etdiyindən bu və ya digər şəkildə bu prosesə qoşulmaq məcburiyyətində qalacaq. Azərbaycan ərazisindən hərbi müdaxilə olmasa da digər variantlar, məsələn silah-sursat daşınması istisna olunmur. Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı hesab edir ki, heç bir variantla razılaşmaq olmaz. Onun arqumentinə görə, ölkəmiz bundan zərər çəkə bilər: ?Təbii ki, cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi, ABŞ-da İranı vurmaq üçün özünə çoxlu müttəfiq tapmağa çalışacaq. Təbii ki, bu müttəfiqlər tapılacaq. Amma onlar İraqın işğalı prosesində olduğu kimi coğrafi baxımdan uzaqda yerləşən ölkələr olacaq. Amma biz qonşuyuq. Ola bilsin ki, ilk baxışda çəkəcəyimiz zərər bilinməsin. Amma hesab edirəm ki, bu zərər gözlədiyimizdən də böyük ola bilər?. ?İranın işğalı prosesində iştirakımızın yolverilməz olduğunu? deyən AİDP sədri hesab edir ki, bunun digər səbəbləri sırasına din birliyini, xüsusilə də İranda yaşayan 35 milyonluq azərbaycanlı faktorunu əlavə etmək lazımdır. Məsələyə İranın Ermənistanla isti münasibətləri prizmasından baxılması ilə bağlı fikrə münasibət bildirən T.Abbaslı deyir ki, bu hal İrana qarşı aparılan siyasətə qoşulmağımıza əsas verə bilməz. Onun fikrincə, eyni ittihamı ABŞ barəsində də yürütmək mümkündür: ?ABŞ prosesin içində ola-ola Qarabağ məsələsində bizə birmənalı dəstək vermirsə bizim İranı günahlandırmağımız məntiqi deyil. Bu mənada həmn məsələni önə çəkib. İran ətrafında həlqəni daraldanlara qoşula bilmərik?. ABŞ-ın nüvə silahı axtarışı adı altında İranın təbii sərvətlərini ələ keçirməyə çalışdığını deyən T.Abbaslı hesab edir ki, bölgənin sərvətinin ABŞ-ın əlinə keçməsi də Azərbaycanın xeyrinə deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA