Küveytin dövlət əmiri Azərbaycana səfər edəcək

img

28-07-2010 [01:14]


Küveyt dövlət əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevi diplomatik missiyasının başa çatması ilə bağlı qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Küveyt Dövlətinin əmiri Azərbaycan prezidenti İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib. Səfir Ş.Abdullayevə Küveyt ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib. Salamlara görə təşəkkürünü bildirən səfir İlham Əliyevin salamını və xoş arzularını Küveyt əmirinə çatdırıb. Şeyx Sabah Əl-Əhməd Sabah Küveytin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, böyük məmnuniyyət hissi ilə yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu nəzərə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA