11-07-2017 [16:23]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov iştirak edib. O, 6 tələbənin öldüyü "Ford" markalı avtomobilinin sahibidir. Məhkəmədə xatırladılıb ki,qəzanı törədən sürücü "Ford"u icarəyə görürərək sərnişin daşımaqla məşğul olub.
"Ford" markalı maşının sahibi Vüqar Bayramov bu işdə zərərçəkmiş kimi tanınıb. Zərər isə qəza zamanı "Ford"a dəymiş maddi ziyan göstərilir.
V.Bayramov ifadəsində sürücü Namiq Hüseynovu tanıdığını deyib. "Namiq maşını məndə icarəyə istədi. Mən də dedim nasazdır, düzəldə bilərsənsə, götür. Maşını da bir ay olardı Sumqayıtdan almışdım. Baş etibarnamə ilə maşın məndə idi. Hələ ki, adıma keçirilməmişdi" - deyən V.Bayramov hakimin suallarını cavablandırıb.
O, maşının texniki baxışdan keçirilib-keçirilməməsi ilə bağlı suala dəqiq cavab verə bilməyib. Onun sözlərinə görə, "Ford"da olan oturacaqların təhlükəsizlik kəmərləri olmayıb.
V.Bayramov maşını aylıq 700 manata Namiq Hüseynova icarəyə verdiyini söyləyib: "Namiq dedi ki, aylıq pulumu verəcək. Maşını bir yerdə ustaya apardıq. Mənim tanıdığım usta yox idi. Onundediyi adamın yanına apardıq. Maşın hazır olanda ona verdim. Hadisədən təxminən 10 gün əvvəl maşını ona vermişdim. Maşının sənədlərini ona verdim ki, mən aldığım adamdan öz adına etibarnamə alsın. Amma sonradan bildim ki, heç etibarnamə də almayıb".
Hakim V.Bayramovdan rəsmi olaraq etibarnamə vermədiyi Namiq Hüseynova maşını niyə verdiyini soruşub. V.Bayramov isə sadəcə sənədləri Namiq Hüseynova verdiyini söyləyib: "Maşını aldığım şəxsdən alacaqdı. Ona görə verdim. Amma öyrəndim ki, etibarnamə almadan maşını idarə edib".
V.Bayramov suallara cavabında deyib ki, N.Hüseynovun sərnişin daşımaq üçün xəttə çıxmasından xəbəri olmayıb.
Məhkəmədə bildirilib ki, qəza zamanı "Ford"a 5 min 900 manat zərər dəyib. V.Bayramov xərcin sığorta şirkəti tərəfindən qarşılanacağı halda mülki iddiasının olmadığını deyib.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub