Baz nazir Ərdoğan CHP bazqanı Kılıçdaroğlunu məhkəməyə verdi

img

27-07-2010 [01:09]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Türkiyənin Ordu vilayətində çıxışına görə Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Baş nazir CHP rəhbərindən təzminat tələb edir. Ərdoğanın vəkilləri Fatih Şahin və Muammer Cemaloğlunun məhkəməyə təqdim etdiyi iddiada Ordu mitinqində Kılıçdaroğlunun çıxışında baş nazirin şərəf və ləyaqətinə toxunan ifadələrin yer aldığı göstərilir. Sənəddə Kılıçdaroğlunun baş nazir Ərdoğana ünvanlanan bəzi ittihamlarına diqqət çəkilir, bu ifadələrin söz azadlığının sərhədlərini keçdiyi qeyd edilir. İddiaçı tərəf Kılıçdaroğlundan 50 min türk lirəsi təzminat tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA