Qırğızıstanda ATƏT polisi əleyhinə aksiyalar keçirilir

img

26-07-2010 [12:53]


Bu gün Qırğızıstanın müxtəlif şəhərlərində ölkənin cənubuna ATƏT polisinin gətirilməsi əleyhinə etiraz aksiyaları keçirilir. Keçən həftə ATƏT Qırğızıstana məsləhətverici polis qrupu göndərilməsi qərarı qəbul edib. Təklifi isə Qırğızıstan hakimiyyəti vermişdi. 52 nəfərdən ibarət həmin polis qüvvəsi Qırğızıstanın cənubunda yerləşdiriləcək. Bu bölgədə keçən ay qırğızlarla etnik özbəklər arasında baş vermiş qanlı toqquşmalarda 300-dən artıq adam həlak olmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA