27-06-2017 [12:22]
Seymur Verdizadə
Bir neçə il əvvəl gənc yazarlar ustad sənətkarımız Bəxtiyar Vahabzadəni təhqir edəndə, onların cavabını şairin kürəkəni Ziya Əsədov vermişdi. Ziya müəllim söz adamı deyil, ixtisasca həkimdir, neçə illərdi xalqımızın sağlamlığının keşiyində dayanır. O vaxt ədəbi mübahisələrə uzun illər Bəxtiyar Vahabzadə ilə oturub-duran, çörək kəsən, onun yan-yörəsində fırlanan adamlarım ağızlarına su alıb durduğunu gördüyü üçün qoşulmuşdu...
Əslində, ədəbi müxalifətin cavabını şairin qələm dostları, yaradıcı adamlar verməliydilər. Keçmiş iş yoldaşım Seymur Baycanın da daxil olduğu qrup xalq yazıçısı Anarın əleyhinə yazılar yazanda, xalq şairi Fikrət Qoca qəzəbindən yerə-göyə sığmırdı. O vaxt Fikrət Qocadan müsahibə götürəndə, az qalmışdı ki, Seymur Baycanın əvəzinə məni döysün. Halbuki bu adamlar Anardan əvvəl Bəxtiyar Vahabzadəni təhqir edəndə, Fikrət müəllimin cıqqırı da çıxmamışdı. Bəxtiyar müəllim yalnız öz ailəsi üçün yazıb-yaratmayıb ki, onun müdafiəsinə oğlu, qızı, kürəkəni qalxsın. Bəxtiyar müəllimin təəssübünü çəkmək hər bir qələm sahibinin, hər bir ədəbiyyatsevərin borcudur.
Mən hələ Anarın mərhum xalq şairimiz Rəsul Rza haqda tənqid yazanlara necə həcv qoşduğunu xatırladıb, ürəyinizi bulandırmaq istəmirəm. Anar müəllimin yazdığı həcvlərdən sirkə-sarımsaq qoxusu gəlirdi. Hansı ki, bu ölkədə Rəsul Rzaya minnət borcu olan ən azı 50 yazar var...
Bir müddət əvvəl tanınmış politoloq Zərdüşt Əlizadə mərhum prezident Əbülfəz Elçibəyi təhqir edəndə, yenə analoji vəziyyət yarandı. Əbülfəz bəyin əqidə dostlarının, silahdaşlarının ağızlarına su alıb durduğunu görəndə, gənc Ərturqut meydana atıldı. O vaxt yazdım ki, Zərdüştün cavabını Elçibəyin oğlu verməməliydi. Əbülfəz bəyin dostlarının, silahdaşlarının böyük əksəriyyəti sağ-salamatdır. Elçibəyin vaxtilə vəzifə verdiyi, irəli çəkdiyi elə adamlar var ki, 110 kiloqram çəkimə rəğmən onların enli çiyinlərinin arxasında asanlıqla gizlənə bilərəm. Bu cür bığıburma kişilərin gənc Ərturqutu irəli verməsi tarixin ironiyasıdır. Elçibəyə dil uzadanların cavabı vaxtında verilsəydi, Ərturqutun meydana atılmasına ehtiyac qalmayacaqdı...
Təəssüflə qeyd etmək istəyirəm ki, şəhidlərə, şəhid ailələrinə münasibətdə də analoji laqeydlik hökm sürür. Şəhidlərimizin xatirəsinə çoxlu şeirlər yazıb, mahnılar bəstələsək də, əməldə onların adına layiq ola bilmirik. Çox uzağa getməyək, iki-üç gün öncə məlumat yayıldı ki, "Para” BOKT ASC aprel şəhidi Xaliq Əzizzadəni məhkəməyə çağırıb. Buna səbəb kimi şəhidin vaxtilə bankdan götürdüyü kreditin ödənişində fasilənin yaranması göstərilir. Ola bilsin ki, "Para” BOKT ASC-də şəhid ailəsinin banka deyil, bizim hamımızın şəhid ailəsinə borclu olduğumuzu anlayan bir Allah bəndəsi yoxdur. Bəs, cəmiyyət? Bunu şəhid Xaliq Əzizzadəni məhkəməyə çağıran yaramazlara başa salmaq, izah etmək çoxmu çətindir? Əgər hörmətli millət vəkilimiz Qənirə Paşayeva bu məsələni ictimailəşdirməsəydi, Əzizzadənin ailəsi uzun müddət məhkəmə salonlarında sürünəcəkdi. Axı Xaliq Əzizzadənin hüquqşünas oğlu, alim qızı, həkim kürəkəni yoxdur ki, onun təəssübünü çəksin...
P.S.”Para” BOKT ASC-yə ən tutarlı cavabı jurnalist dostum Zaur Əhməd verdi. Hansı ki, şəhid ailələrinə dil uzadanların cavabını vermək təkcə şəhid övladlarının vəzifəsi deyil...
qafqazinfo
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var