Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir: "Sizə nə?"

img

22-06-2017 [19:33]


Son günlər mediada jurnalistlər üçün tikilən binaya göz dikənlərlə bağlı silsilə yazılar yayımlanır. 

Mia.az Komanda.az-a istinadən xəbər verir ki, onların sırasına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da qoşulub.

Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidi.

Məsələ ilə bağlı Səmayə Məmmədovanın reaksiyası sərt olub:

"Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA