Elmar Məmmədyarov Kosta Rikaya gedib - XİN-dən açqılama

img

01-06-2017 [15:53]


Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə gedib.

Mia.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Hökuməti və Kosta Rika Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans 19-20 oktyabr 2015-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR