31-05-2017 [16:23]
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.
Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir..
Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız, aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayon ərazisində yerləşən"KOALA” istirahət və əyləncə mərkəzində 30 may 2017-ci il tarixdə uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."