Dövlət qulluğuna imtahan keçiriləcək

img

06-05-2024 [17:56]


Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB qrupuna aid inzibati vəzifələr üzrə mayın 12-də kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Mayın 12-də digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA