17-05-2017 [22:01]
"Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Rusiya hakimiyyətində olan bəzi anti-Azərbaycan və ermənipərəst qüvvələr ciddi cəhdlə çalışdılar və bunu həyata keçirdilər. Bu, azərbaycanlılara qarşı hörmətsizlik oldu”.
Mia.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.
Ə.Amaşov təəssüflə qeyd edib ki, Rusiya Ali Məhkəməsi azərbaycanlıların mənafeyini düşünmədən ölkənin Ədliyyə Nazirliyinin müraciətini müsbət qiymətləndirib: "Əlbəttə ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunursa və qurum fəaliyyətini dayandırırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir. Çünki bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər.
Bütün bu fəaliyyətdə ÜAK mühüm rol oynayıb. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaq. Üstəlik Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniya ermənipərəst qüvvələrin işidir. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə - deputat həmkarlarımıza müraciət etməliyik. Onları təşkilatın ləğvinə reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə, qurumun fəaliyyətinin bərpasına çağırmalıyıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməyib, göstərə də bilməz. Qurum üzərinə düşən öhdəlikləri azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib”.
Ə. Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası ölkə jurnalistləri adından Rusiya jurnalistlərinə müraciət ünvanlayıb: "Biz bu məsələnin işiqlandırılmasında rusiyalı həmkarlarımızı obyektivliyə, peşəkarlıq prinsiplərinə sadiq qalmağa çağırmışıq”.
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi var - DİN vakant yerlərə işçi axtarır
İstefa verən bələdiyyə sədri partiya liderindən şikayət edib
İcra başçısı vəzifədən azad edldi - Sərəncam
İki həkim həbs edildi - Məhkəmə zalında
Siyavuş Novruzov: "Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü..."
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? - TƏHLİL
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
Bakıda türk biznesmenə niyə hücum olub? - VİDEO + AÇIQLAMA
General-mayora ağır itki üz verib
XİDMƏTİN SƏDR ƏVƏZİ 28 YAŞLI QAYNINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
"Qarşıdan gələn iki bayramda əfv olmayacaq” - Novella Cəfəroğlu
Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri qəbul edib - MÜZAKİRƏ + FOTO
Bakıda qar yağacaq - Sabahın hava proqnozu
Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - TƏHLİL
Trampın azad olunmasını istədyi media maqnatına 20 il cəza verildi
Rektorun oğlunu vəzifədən azad olunub
Fransada hakim və anası qaçırılıb - Həbslər var
Mal əti adı altında satışa çıxarılan at əti... - Açıqlama + FOTO
“Böyük Seva”nın vəziyyəti açıqlandı: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir"
Jurnalistlər nəyi yaya, nəyi yaymamalıdır? - Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verdi
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... - Saxta elanlarla bağlı xəbərdarlıq
AMXM-da macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
İcra başçısının bacısı vəzifədən çıxarıldı - Yeni təyinat + FOTO
“Araz” supermarketlər şəbəkəsi 100-dən çox əməkdaşının övladına təhsil təqaüdü verir - FOTOLAR
Pəhləvidən mollalara: farslaşdırmanın dəyişməyən xətti - TƏHLİL
Əli Əsədov qərar imzaladı - DETALLAR
"Fənərbağça" Talışka ilə müqaviləni yenilədi, maaş azaldıldı - 12 milyondan 5.5 milyona qədər...
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
İH-də iki nəfər vəzifədən azad edildi
Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var
Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb
Yaponiyanın ilk qadın Baş nazirindən tarixi uğur - Parlament seçkisində artiyası mütləq qələbə qazandı
Polis əməliyyatı: 2 nəfər 21 kq narkotiklə saxlanıldı
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi - Bəyanat
DAHA BİR MTN-çiyə DÖVLƏT XİDMƏTİNDƏ VƏZİFƏ VERİLDİ - İbrahimov qohumunu idarə rəisi təyin etdi
ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi