11-04-2017 [13:14]
Nazirlər Kabinetinin ötən gün keçirilən 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev ictimai nəzarətin gücləndirilməsi məsələsinə diqqət yetirib.
Prezident xüsusilə bu kontekstdəki çıxışında vurğulayıb ki, 2017- ci ildə kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra ediləcək. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması "Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Kəndlərin adları da sərəncamda qeyd olunub.
Ölkə başçısının sərəncamda adları qeyd olunan kənd sakinlərindən xahişi odur ki, layihələrin icrasına nəzarət etsinlər və əgər işlər görülmürsə, bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarına və Prezident Administrasiyasına məlumat versinlər: "Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar”.
Qeyd edək ki, sözügedən sərəncam bu ilin mart ayının 17-də imzalanıb. Sərəncamın icrası məqsədilə "Azərsu” ASC-yə 14 milyon manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə isə 16 milyon manat vəsait ayrılıb.
"Qafqazinfo” sərəncamın icrası ilə bağlı işlərin necə getdiyini öyrənmək üçün adı çəkilən qurumlardan münasibət öyrənib.
"Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Qafqazinfo” ya bildirib ki, sərəncamda qeyd olunan 22 rayonun 170 kəndinə mövcud magistral kəmərlərdən və mənbələrdən su veriləcək: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi modul tipli su təmizləyiciləri 100 kənddə quraşdıracaq. "Azərsu” isə 170 kəndə su verəcək. Beləliklə, 270 kəndin su problemi ilin sonuna kimi həll olunacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov isə "Qafqazinfo” ya bildirib ki, hazırda konteynerlərin yığılması, tikinti materiallarnın tədarükü və onların quraşdırılması prosesinə başlanılıb: "Hazırlanmış qurğuların şüşələri artıq rayonlara daşınmaqdadır. Bu ilin sonuna kimi 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılmasına nail olacağıq”.
Sərəncamda dərc olunan kəndlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
http://azertag.az/store/files/news/Siyah%C4%B1%20-%20Az%C9%99rsu%20170%20k%C9%99nd.pdf
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi