Türkiyənin tanınmış aktyoru həbs edildi - Narkotikə görə

img

30-03-2017 [17:09]


 Türkiyənin tanınmış aktyoru Yurdaer Okur Şimali Kipr Türk Cümhuriyyətində Ercan hava limanında üzərində bir qram ağırılığında narkotik maddə olmaqda şübhəli bilinərək həbc edilib.

"Report” "Hürriyet"ə istinadən xəbər verir ki, martın 31-də onun məhkəməsinin olacağı gözlənilir.
43 yaşlı aktyor Okur narkotik maddə daşımaq və idxal etməkdə ittiham edilir.

Miqdarından asılı olmayaraq, Şimali Kiprdə üzərində narkotik maddə gəzdirmək ağır cinayətlərdən sayılır.
Yurdaer Okur 1974-cü il oktyabrın 29-da anadan olub. 1994-cü ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr bölümünə qəbul olub və oranı bitirib.

O, "Karadayı” serialında prokuror Turqut Akın rolu ilə də yaddaşlarda qalıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA