"Havam çatmır, boğuluram” - Xalq artistindən səhhəti haqda açıqlama

img

06-04-2017 [13:33]


Türkiyədən müayinədən qayıdan Xalq artisti, məşhur diktor həkim nəzarəti altında müalicə olunur.

Mia.az xəbər verir ki, Yeniçağ.az-a açıqlama verən xalq artisti Rafiq Hüseynov bir ağciyərlə yaşamağın çətin olduğunu deyib: 

"Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb; havam çatmır, boğuluram”.

Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib: "Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, "yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.

Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA