Jurnalistlərin ikinci binasından yeni xəbər - Tamamlama işləri görülür

img

28-03-2017 [11:32]


"Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən ikinci binada hazırda tamamlanma işləri gedir”.

Bu barədə Modern.az-a jurnalistlərin yaşadığı birinci binanın sakinləri məlumat veriblər. İkinci binada çalışan iş icraçıları isə bildiriblər ki, son tamamlama işlərinin yayadək yekunlaşdırılması nəzərdə tutulur.

Qey edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi sonuncu dəfə mətbuata açıqlamasında Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın 2017-ci ilin yayında, Milli Mətbuat günü ərəfəsində istifadəyə veriləcəyini bildirmişdi.

3 girişli, 17 mərtəbəli bu bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, Yeni Salyan yolunda tikilən birinci bina jurnalistlərin istifadəsinə 2013-cü ildə verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA