Baş redaktor DTX-yə çağırıldı - İki saat ifadə verib

img

18-03-2017 [11:13]


"AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsinə dəvət olunub.

Mia.az xəbər verir ki, buna səbəb "AzPolitika” saytının 15 mart tarixli buraxılışında yayımlanmış "GENERAL İNTİM VİDEO İLƏ ŞANTAJ OLUNUB! – "Reket şəbəkə”ni həbs etdirənin kimliyi bilindi!” sərlövhəli yazı olub. 

Bu yazıda DTX tərəfindən ötən ilin dekabr ayında həbs olunmuş reket "jurnalistlər” – "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və "Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin yüksək post tutan nüfuzlu bir generalı oğlunun intim videosu ilə şantaj etmələrindən bəhs olunub.

Müstəntiq Mətləb Mehdiyev baş redaktordan bu yazı ilə bağlı şahid qismində ifadə alıb. E.Məhərrəmli bildirib ki, yazıdakı iddialarla bağlı ona məlum olan bütün təfərrüatları öz ifadəsində qeyd edib.

"Söhbətimiz 2 saatdan artıq çəkdi və normal atmosferdə keçdi” – deyə, baş redaktor bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA