Tələbə qəbulu qaydaları, qapalı və açıq formalı test tapşırığı nümunələri... - Jurnal çap olundu

img

07-03-2017 [14:46]


Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını, hər bir fənn üzrə qəbul imtahanı proqramlarını, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələrini "Abituriyent” jurnalının 1-ci nömrəsində çap edib.

DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin oxucuların sorğularına cavabları və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb