Mətbuat Şurasının icraçı katibi istefa verdi

img

03-03-2017 [17:56]


Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.

R. Hüseynzadə qərarını qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında açıqlayıb.

İclasda bildirilib ki, bu gün Şuranın icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur.

Əflatun Amaşov R. Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib. 

R. Hüseynzadə təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb.

İdarə Heyətinin üzvləri istefanı qəbul ediblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA