Mətbuat Şurasında Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileyləri qeyd olundu - FOTO

img

31-01-2017 [16:43]


Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.

Şuradan Mia.az-a daxil olan məlumata görə, şura sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, tədbir jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.

Bundan sonra Ə. Amaşov tanınmış diktor, xalq artisti E. Bayram və T. Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edib.
 
M. Süleymanzadə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər. 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA