26-01-2017 [13:14]
İqtisadçı ekspert Rəşad Əliyev "qara bazar”da dolların banklara nisbətən daha ucuz satılmasının səbəblərindən danışıb.
İqtisadçı açıqlamasında bildirib ki, bu, valyuta bazarı iştirakçılarında yaranan qənaətdən irəli gəlir: "Bazar iştirakçılarının çoxunda bu fikir formalaşıb ki, təxminən hökumət məzənnəni 1 dollar - 2 manat səviyyəsinə yüksəltdikdən sonra tarazlaşdırma aparacaq. Yəni, bundan sonrakı dövrdə manatın dəyərsizləşməsi prosesi təxminən 3-4 faiz arasında olacaq və ondan sonra dayanacaq. Bu baxımdan da əvvəlki dövrlərdə ucuz qiymətə yığılmış valyuta bu gün hazırda biznes subyektləri, vətəndaşlar, hətta "qara bazar”da professional mübadilə əməliyyatları ilə məşğul olan şəxslər tərəfindən təklif olunmağa başlayıb.
Bunun nəticəsində də hazırda müəyyən olunmuş məzənnədən aşağı bəzi hallarda dolları "qara bazar”dan tapmaq olmur. Bu proses uzun müddət çəkməyəcək. 1 neçə gün ərzində təxminən hazırkı templə davam edərsə, hökumət 2 manatlıq limitə rəsmi məzənnəni çatdıracaq. Bundan sonra baş verəcək məzənnə dinamikasına uyğun olaraq vəziyyət gərginləşəcək. Əgər 1 dollar psixoloji hədd sayılan iki manatı keçərsə, bu zaman "qara bazar” da valyutanın mübadilə qiyməti kəskin şəkildə yenidən artacaq. Əgər əks trend müşayiət olunarsa, qeyd olunan situasiyanın bir neçə həftə də davam etməsi mümkündür”.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə bankların "qara bazar”da iştirakçılığı var idi: "Ola bilsin ki, müəyyən banklar "qara bazar”da öz mövqeyini qorumağa çalışır. Amma düşünmürəm ki, hazırda bu ehtimal yüksəkdir. Hazırda "qara bazar”da təklif daha çox vətəndaş, biznes, o cümlədən də illeqal formada valyuta mübadiləsi ilə məşğul olan şəxslərdə bu günə qədər formalaşmış yığınlardan qaynaqlanır”.
Qeyd edək ki, hazırda "qara bazar” da dollar 1.92 səviyyəsində satılır. Banklarda isə dolların satışı 1.97 səviyyəsind formalaşıb.
Qafqazinfo
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR