Gömrükdə maaşlar qaldırıldı - Prezidentdən yeni fərman

img

24-01-2017 [18:52]


Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60  faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. 
 
Mia.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı  "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci il 25 fevral tarixli fərmanda dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb. 

Xatırlladaq ki, bu fərmana qədər nəzərdə tutulan əlav 50 faiz idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR