Yevlax sakini tüfənglə bir həmyerlisini öldürdü, digərini yaraladı

img

02-06-2010 [02:10]


Yevlaxda ağır qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyunun 1-də saat 12.00 radələrində Yevlax rayonunun Səmədabad kəndində, kənd sakini Hafiz Hüseynov münaqişə zəminində İsmayılabad kənd sakini Seymur Məmmədova ov tüfəngindən atəş açıb. Nəticədə S.Məmmədov aldığı xəsarətdən ölmüş, qırmalardan biri isə hadisə yerinin yaxınlığında olan, Səmədabad kənd sakini Novruz Qəhrəmanova dəyib. N.Qəhramanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Hüseynov könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub. RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd "TOZ" markalı tüfəng götürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA