Saatlı sakini qardazını və qardazı arvadını bıçaqlayıb

img

11-06-2010 [01:40]


Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 10-da Saatlı rayonunun Qarayevkənd kəndində, kənd sakini Ramazan Cəfərov münaqişə zəminində qardaşı Nadirə və onun arvadı Nəcibəyə bıçaqla xəsarət yetirib. Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Cəfərov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA