Bakıda 58 yaşlı kişi özünü yandırdı

img

14-12-2016 [11:26]


Bakıda 58 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-də qeydə alınıb. 1958-ci il təvəllüdlü Xudaverdi Musayev intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.

Respublika Yanıq Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Xudaverdi Musayevin vəziyyət ağırdır:
"Xəstənin bədəninin 60%-i yanıb. Çox ağırdır. Hazırda reanimasiyadadır.”

Mərkəzdən Xudaverdi Musayevin yaşayıb-yaşamaması ilə bağlı hər hansı fikir bildirməyin çətin olduğunu dedilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR