23-11-2016 [14:28]
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə zərərçəkmiş şəxslərdən "Yeni Yasamal” MTK tikinti şirkətinin sədri Cahangir Alışovun ibtidai istintaqa ifadəsində maralıq məqamlar üzə çıxıb.
Mia.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, C. Alışov ifadəsində deyib ki, 2010-cu ilin may-iyun aylarında «Yeni Yasamal» MTK-nın icraçı direktoru Nadir Feyziyevlə MTK-nın ofisində söhbət zamanı N. Feyziyev bildirib ki, onu və digər təsisçi Nəsib Əliyevi dünən MTN-ə çağırıb, orada MTK-nın layihə-smeta sənədlərini istəyiblər. Onlar da sənədlərin C. Alışovda olduğunu deyiblər. Bu vaxt ona tanımadığı nömrədən zəng gəlib. Zəng edən şəxs "MTN əməkdaşıyam, adım Alıdır, Siz MTK-nın layihə-smeta sənədlərini götürüb MTN-nə Akif müəllimin yanına gəlməlisiniz” deyib. O, həmin günün səhərisi MTK-nın layihə-sənədlərini götürüb Nadir Feyziyevlə birlikdə MTN-nə gedib.
C. Alışov bildirib ki, özünü Alı kimi təqdim edən MTN əməkdaşı ilə 2-ci mərtəbəyə qalxıblar. Bu vaxt Nəsib Əliyevi və sonradan adlarının Elçin, Ceyhun və Rauf olduğunu öyrəndiyi şəxsləri dəhlizdə görüb. Elçin, Ceyhun və Rauf adlı şəxslər Nəsib Əliyevin onlara borcunun olduğunu iddia ediblər.
Sonra Alı və adını bilmədiyi daha 2 nəfər onu sorğu-suala tutublar: "Əsasən sualları Alı verdi. Məndən Nəsib Əliyevin «Yeni Yasamal» MTK-da payının olub-olmadığını soruşdu. Dedim ki, MTK-da 33 faiz payı var. Alı "rəhbərliyin göstərişi var, Nəsib Əliyevin payına düşən bütün əmlak onların təqdim etdiyi şəxslərin adlarına rəsmiləşdirilməlidir” dedi. Alı mənə rəisi Akif Çovdarovun adından «rəhbərlik bilir, nə deyilirsə, onu da yazıb vermək lazımdır» söylədi. Mən Alı və iki MTN əməkdaşına Nəsib Əliyevin payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin onun özü tərəfindən artıq müxtəlif vətəndaşlara satıldığını və pullarının alındığını bildirdim. Həmin günün səhərisi saat 10-11 radələrində Alı zəng edib Akif Çovdarovun mənimlə görüşmək istədiyini dedi. MTN-nə getdim. Akif Çovdarovla onun otağında görüşdüm. Akif Çovdarov mənə «get sənədləri imzala, 500.000 manat da pul verəcəksən, artıq problem yaratma, başa düşdün, get nə deyirlər icra elə» dedi. Mən Akif Çovdarova o qədər pulumun olmadığını dedim. O, isə əsəbi şəkildə «deyəsən, içəri girmək istəyirsən, get nə deyirəm onu da elə» dedi. Onun çox əsəbi olduğunu gördüm. Həbs ediləcəyimdən qorxduğumdan heç nə demədən otağı tərk etdim. 2-ci mərtəbəyə getdim. Artıq Alı Elçin, Rauf və Ceyhunun təqdim etdikləri şəxsiyyət vəsiqələri əsasında bizim inşa etdiyimiz binadan yaşayış və qeyri-yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə Nəsib Əliyev və Nadir Feyziyevə göstəriş vermişdi. Nəsib Əliyevin borcuna uyğun yaşayış və qeyri-yaşayış sahələri verildikdən sonra Alı və digər iki əməkdaş «Akif Çovdarovun göstərişidir, bizə də həmin binadan mənzil verməlisiniz» dedi. Bundan sonra Alı bir neçə şəxsiyyət vəsiqəsini Nadir Feyziyevə verdi.
O, həmin şəxslərin adlarına yaşayış və qeyri-yaşayış sahələrini sənədləşdirdi, Nəsib Əliyevlə mən isə həmin sənədləri imzamızla təsdiq etdik. Beləliklə, həm mənim, həm də Nəsib Əliyevin imzaları ilə 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi həmin vətəndaşların adlarına yazılıb rəsmiləşdirilərək, ümumilikdə 27 müqavilə tərtib olundu. Həmin evlər isə bundan əvvəl başqa şəxslərə satılmış evlər idi, pulu da ödənilmişdi”.
C. Alışov daha sonra ifadəsində bildirib ki, MTK-nın icraçı direktoru Nadir Feyziyev 2 gün ərzində MTN-in nəzarət buraxılış məntəqəsinin inzibati binasının 2-ci mərtəbəsində saxlanılıb. Nadir Feyziyev MTN-dən buraxıldığı gün Alı Akif Çovdarovun adından bildirib ki, Akif Çovdarovun dediyi 500.000 manat, «Yeni Yasamal» MTK-nın inşa etdiyi binadan isə 6 mənzil və 1 qeyri-yaşayış sahəsi də verilməlidir. C. Alışov bununla əlaqədar həmin günün səhərisi Nadir Feyziyevlə birlikdə MTN-ə gedib. O, Alıdan 500.000 manat, 6 mənzil və 1 qeyri-yaşayış sahəsinin onlardan hansı səbəbə tələb edildiyini soruşub.
Alı «Siz MTK işlədirsiniz, haqq vermirsiniz, rəhbərliyin göstərişdir 500.000 manat pul, 6 mənzil və 1 qeyri-yaşayış sahəsi verməlisiniz» deyib. O isə Alıya və adlarını bilmədiyi digər 2 MTN əməkdaşına həmin məbləği verməyə imkanlarının olmadığını, cəmi 100 və ya 150 min manat verə biləcəklərini bildirib. Lakin onunla razılaşmayıblar. Onlar "bu bizim deyil, rəhbərliyin tələbidir, rəhbərliyin dediyi məbləği verməsəniz, başınız ağrıyacaq” deyib, hədə-qorxu gəliblər. Bu söhbətdə Nadir Feyziyev də C. Alışovun yanında olub. C. Alışov MTN-dən çıxandan sonra da Nadir Feyziyev orada qalıb.
Həmin gün Nadir Feyziyevlə bir daha görüşüb: "Nadir bildirdi ki, Alı 350.000 manat istəyib, rəhbərliyin həmin puldan az məbləğə razı olmadığını deyib. Mən Nəsibin başına açılan oyunun mənim də başıma açılacağından qorxub 6 mənzili, 1 qeyri-yaşayış sahəsini və 350.000 manatı verməyə razılaşdım. MTN əməkdaşları 6 vətəndaşın şəxsiyyət vəsiqələrinin surətini müxtəlif vaxtlarda Nadirə vermişdilər. Nadir isə onları MTK-ya gətirmişdi. Bundan sonra müqavilələr tərtib olundu və mən həmin müqavilələri öz imzamla təsdiq edib Nadir Feyziyevin vasitəsi ilə Alıya göndərdim.
350.000 manatı da Alıya Nadir Feyziyev apardı. Pulu Alıya 3 dəfəyə göndərdim. Pulu Nadir Feyziyevə mənzillər satıldıqca verirdim ki, Alıya aparsın".
C. Alışov MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmədiyini də deyib: "Buna səbəbi isə Akif Çovdarov və onun əməkdaşları tərəfindən mənə və ailə üzvlərimə qarşı təhlükə yaranacağından qorxmağım idi”.
Qeyd edək ki, istintaq zamanı A. Çovdarov C. Alışovla üzləşməkdən imtina edib.
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib