21-10-2016 [19:26]
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
Bu fərmanın xeyli vaxtdır gündəmdə olan QHT problemlərinin həllinə nə kimi təsir göstərəcəyini, eləcə də QHT-lərə bağlı hansı imkanlar açdığını bilmək məqsədiylə Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev Azvision.az-a müsahibə verib.
Mia.az aktuallığını nəzərə alaraq, Əliməmməd Nuriyevin həmin müsahibəsini təqdim edir:
– Əliməmməd müəllim, 18 beynəlxalq təşkilat Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) İdarə Heyətinə birgə məktub yazaraq, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılmasına çağırış edib. Bununla bağlı Sizin mövqeyinizi bilmək maraqlıdır…
– Biz Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə yönələn xoşniyyətli təşəbbüsləri dəstəkləyirik. Xüsusən, beynəlxalq tərəfdaşların səyləri təqdirəlayiqdir. Bununla belə, bu təşəbbüslər gerçəkdən Azərbaycan vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət etməlidir. Təəssüf ki, bir çox hallarda bu təşəbbüslərin arxasında siyasi və digər məqamlar dayanır. Bu müraciətə imza atanlar Azərbaycandakı gerçək vəziyyətdən xəbərdar deyillər, yaxud reallığı bilərəkdən təhrif edirlər. Azərbaycan hökuməti Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) və Açıq Hökumət Tərəfdaşlığı vətəndaş cəmiyyəti platforması çərçivəsində QHT-lərlə sıx əməkdaşlıq edir və onların qaldırdıqları bütün məsələlərin həlli istiqamətində davamlı tədbirləri həyata keçirir.
İki il əvvəl QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərin praktikada tətbiqi ilə bağlı müəyyən problemlər yaranmışdı. Bu problemlər Koalisiyaya, üzvlərə də təsirsiz ötüşmədi. Bu problemlərə diqqət çəkmək məqsədilə MHŞT Beynəlxalq İdarə Heyəti tərəfindən 15 aprel 2015-ci il tarixdə Azərbaycanın MHŞT-də statusunun "Tamhüquqlu üzv”dən "Namizəd” statusuna aşağı salınması barədə qərar qəbul olundu.
Əslində QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması idi. Çünki bir sıra QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı ciddi qanun pozuntuları qeydə alınmışdı. Eyni zamanda bır sıra QHT-lər qrant vəsaitlərini təyinatı üzrə istifadə etmir, şəxsi məqsədləri üçün yararlanırdılar. Bu isə ümumilikdə digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə kölgə salırdı.
– Bu məsələlər barədə məlumatlı şəxslərdən biri kimi, deyə bilərsinizmi ki, Azərbaycan hökuməti QHT-lərin qaldırdığı problemlərin həlli istiqamətində hansı addımlar atır?
– Ötən il qanunvericiliyə dəyişikliklərin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi və həlli məqsədiylə təkliflərin hazırlanması, tədbilər görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yalnız QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı ilə bu məsələlərlə bağlı 3 ictimai müzakirə keçirib. QHT-lərin, beynəlxalq təşkilatların təklifləri toplanıb, ümumiləşdirildi. Qanunvericiliyə dəyişikliklərin praktikada tətbiqi zamanı meydana çıxan məsələlərin həll olunması üçün beynəlxalq donorların Azərbaycanda qeydiyyatı, beynəlxalq donorların qrant verilməsi qaydaları və qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qaydaların sadələşdirilməsi barədə təkliflər hazırlandı.
Eyni zamanda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, QHT təmsilçilərinin və dövlət qurumlarının iştirakı ilə Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın yaradılması barədə Memorandum imzalanıb və Bəyanatı qəbul olunub. Platformanın 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı təqdim edilmiş təkliflər paketi Hökumət tərəfindən nəzərdən keçirilib. Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.
Bununla əlaqədar olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalanıb. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox mühüm addımdır. Ümid edirəm, Azərbaycan vətəndaş cəmiyyəti və hökumətinin birgə səyləri beynəlxalq tərəfdaşlar tərəfindən də layiqincə qiymətləndiriləcək.
– Fərmandan sonra hansı işlər görüləcək?
– Bu Fərman QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin bu təşəbbüsü indiyə qədər QHT-ləri narahat edən məsələləri həll edir. Bu Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür.
Fərmana müvafiq olaraq, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq ediləcək. Eyni zamanda qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin edilməsi üçün tədbirlər görüləcək.
– Bəs, MHŞT İdarə Heyəti tərəfindən təsdiqlənən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı hansı nəticələr əldə olunub?
– Azərbaycan tərəfi – istər vətəndaş cəmiyyəti, istərsə hökumət – MHŞT İdarə Heyəti tərəfindən təsdiqlənən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maksimum səy göstərib. Hazırda həyata keçirilən tədbirlərin davamı olaraq, MHŞT Koalisiyasına 15 üzv təşkilatların dövlət qeydiyyatına alınması və onların müvafiq sənədlərinin qeydiyyatdan keçirilməsi məsələləri həll edilib. Koalisiyaya daxil olan 5 QHT-nin xarici donorlardan alınmış qrant müqavilələri dövlət qeydiyyata alınıb və onlara bununla bağlı müvafiq bildirişlər verilib. Bəzi koalisiya üzvlərinin vergi və bank problemləri, o cümlədən hesabları üzərində olmuş məhdudiyyətlər tam aradan qaldırılıb, barələrində açılmış cinayət işlərinə xitam verilib. Bu proses davam edir, eyni zamanda digər məsələlərin həlli üçün də hökumətlə müzakirələr aparılır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması belə müzakirələr, problemlərin, narahatlıq yaradan məsələlərin açıq, birgə müzakirəsi üçün yeni imkanlar yaradır.
– Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının işi necə qurulacaq?
– Platformanın koordinatoru kimi fəal əməkdaşlığa, açıq müzakirələrə, tərəfdaşlıq təşəbbüslərimizin dəstəklənəcəyinə ümid edirəm. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir. Platforma açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Belə ki, son dəyişikliklər və yeniliklər bu Platformanın uğurunun göstəricilərindəndir. Ümid edirik ki, bu məsələlərdə Platformanın səyləri beynəlxalq tərəfdaşlarımız tərəfindən də dəstəklənəcək. Platforma hər bir QHT üçün açıqdır. Əminik ki, Platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi, Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcəkdir.
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)