17-10-2016 [13:46]
Məhəmməd TALIBLI, İqtisadçı
****
"Göydə mənim ulduzlarım var, amma evimdə yanmamış xırdaca çırağıma həsrət çəkirəm".
"Nobel”çı Tabindranat Taqor
*****
Neft amili hesabına zirvələri fəth etdiyimizi zənn edirdik. Böyük neft pulları əldə etmiş bir ölkənin kənd təsərrüfatının bir sahəsinə bu qədər möhtac qalacağını təsəvvür etmək çox təəssüfedicidir.
Neftin və qazın satışından 125 milyard gəlir əldə etmiş bir ölkədə iqtisadiyyatın bu qədər kənar şoklara çox həssas olacağı narahatedicidir. Postneft dövrünün fəsadlarının iqtisadiyyatın "dərisində” belə hiss olunduğu vəziyyətin doğurduğu ovqat açığı insana mənfi emosiya gətirir. Milli valyutanın az qala hər gün dollar qarşısında dəyərdən düşdüyünü görürüksə, deməli, gerçəkdən də iqtisadiyyat adında sadəcə içi boş bir maket varmış.
Hərçəndi ki, bunu illərlə biz deyirdik və yorulmadan yazırdıq: "İqtisadiyyatın konstuksiyasın yaradın Çünki, Yaratdığınız sadəcə skletdir.”
Amma hər şeyin yaxşı olması haqqında şirin nağıl uyduranlar bu acı reallığın nə vaxtsa ola biləcəyi ehtimalı belə yaxına buraxmırdılar. İnkarçılıq mövqeyi tutmuşdular. İndi tarix üçün yaxşı müqayisə fürsəti yaranıb. İnternetin axtarış sistemlərində həmin dövrün vəziyyəti ilə bağlı təhlil yazılarına yenidən göz atmağın vaxtıdır. İndi postneft dövrünün ilk məyus doğrası addımlarının ayaq səslərin eşidirik. Bu ayaq səslərindən neft nağılının məst etdiyi yuxusundan diksinib gözümüzə dəyən bir dayaq nöqtəsi tapmaq istəyirik.
Gözümüzə ilk sataşan pambıq oldu. İndi ondan böyük gözləntilərin olacağı illuziyası ilə xalqı yuxuya vermək üçün növbəti nağıllar uydurmalıyıq. Başlamışıq ondan danışmağa. Onun üzərində iqtisadi hədəflər müəyyənləşdirməyə. Yenə əvvəlkitək sevinirsiz: pambıq hesabına iqtisadiyyat dirçələcək! Biz isə öz fikrimizdə qalırıq: Səhv edirsiz!
Nədə səhv edirsiz?
Hər hansı bir sahənin inkişafı üçün prioritetlər iqtisadiyyatda hərarətlənmə aşağı düşəndə başlamır. Pəncərədən "isti pullar” daxil olanda başlanır. Qapıdan və pəncərədən gələn "səslərə” qulaq həssas olmalıdır ki, havalanmanı tənzimləyə bilsin. Həmin neft bumu artıq yaxın keçmişdir. Neft pulları daxil olanda qeyri-neft sektorunun inkişaf prioritetləri dərin araşdırmalardan sonra müəyyənləşməli idi. Sonra həmin ruhu olan arıq bədənin əti-qanı təmin edilirdi.
Bu "qidalanma” rejimini görən qonum-qonşu (xarici investorlar) da sizin sağlam cüssənizdən gözləntiləri artır və sizinlə yaxın münasibət qurmağa başlayırlar. Bundan sonra belə müvazinətli və müdrik davranışınız yaxınlarda sizə rəğbəti artırır. Hansısa kənar təsirlər hesabına siz yıxılanda belə yaxınlar sizin ağıllı olduğunuzu bildiyi üçün sizin yanınızda olur. Amma lotereya uduşundan varlanan (təbii resursdan hesabına) sizi sonradan səfil və miskin görən qohumlarınız isə sizinlə əlaqələri soyudacaq və qonşularınız isə sizə daha əvvəlki tək gedib gəlməyəcək. Xarici sərmayədarların davranışları hürkək quşların oxşar hərəkətlərini və yaxınların oxşar davranışını xatırladır. Burası bir az keçmiş və itirilmiş imkan kimi qiymətləndirilə bilər.
Pambıq mövzusu bizə ötən əsrin 70-80-ci illərini xatırladır.
Bu illərin pambıqçılıqdan əldə olunan məhsuldarlığı və tədarükün səviyyəsini müqayisədə edəndə çox fərqli mənzərə alınır. Həmin illərdə yığılan pambığın ölkə üzrə statistikası ilə (1 milyon ton) ötən ilin göstəricilərini (35 min ton, 2015) müqayisə etsək, məlum olar ki, bu illər üzrə pambıq yığımında 30 dəfəyədək fərq var. Əgər həmin illərdə 300 min hektarda pambıq əkilirdisə, indi bu rəqəm 18 min hektardır.
Əgər 2015-ci ildə yığılan pambığın ölkə üzrə səviyyəsini 35 min ton təşkil etdiyini nəzərə alıb, onu növlərinə görə dəyişən hər tonunun qiyməti 400-500 manat olduğunu hesablasaq, məlum olacaq ki, bu cəmi 15-16 milyon manat səviyyəsində bir gəlir formalaşdıra bilər. Növbəti illərdə hətta 100 min tonlarla ölçülsə, yenə də bu bizim İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan (211,7 mln.) vəsaitin 25 faizdən çox olmayacaq. Pambıqdan müəyyən gözləntilərin olması nəinki real deyil, hətta onun gəliri belə olsa belə yenə simvolik səviyyədə olacaq. Bunu daha çox həmin sahəni özünün sahəvi ixtisası kimi görən fermerlər inkişaf etdirmək qərarına özləri gəlməlidirlər.
Sən dövlət olaraq həmin sahəni prioritet bilirsənsə, birbaşa və dolayı təşviq proqramlarını işə sal. Vətəndaşın təşviqinin olmadığı yerdə dövlətin onun əvəzindən pambıq əkməyə girişməsi sırf sosializm praktikasıdır.
Bu prosesə özü də təhsil, səhiyyə işçilərinin işə cəlb edilməsi isə sosializmə qayıdışın anonsu və XXI əsrdə Azərbaycanda yeni SSRİ-nin qurulmasının nostaljisi kimi də qəbul edilə bilər. Əgər təhsil və səhiyyə işçilərinin oxşar qaydada bu prosesə cəlb edilməsi reallaşsa, bu artıq XXI əsrin ən yaxşı lətifəsi də sayıla bilər.
Eyni zamanda yüz milyard üzərində neftdən gəlir əldə edib hər gün özünün milli valyutasını dəyər itirməsi təhlükəsini demokl qılıncı kimi hiss edən bir ölkədə pamqıq əkilməsi hesabına millətin üzünə günəş saçacağına inandırmaq cəhdi qədər maraqlı zarafat ola bilməz. Sağ olsun hökumətimiz, bu qədər ciddi görkəm tələb olunan yerdə belə yaxşı zarafatlarından qalmır.
Pambıqçılıqla XXI əsrə necə getməli?
Çağımız sürətlə dəyişir və özü ilə yeni dəyərlər gətirir. Bəşər sivilizasiya özünün 3 inkişaf mərhələsini yaşayıb: aqrar, sənaye və (postindustrial, texnokratik) informasiya cəmiyyəti. Biz XXI əsrdə informasiya biliklərinin maddi sərvətə çevrildiyi elə bir cəmiyyətdə yaşayırıq ki, artıq dövlətlər aqrar münasibətlər və sənaye inqilabı kimi inkişaf mərhələri ilə belə fəxr etmir. Çünki iqtisadi çevrələrdə aqrar sektor XXI əsrdə özünün inkişaf mərhələsini başa vuran bir sektor olaraq dəyərləndirilir. Otən əsrə qədər inkişaf etmiş dövlətlər o dövlətlər hesab olunurdular ki, onlar sənaye baxımından inkişaf etsinlər. Axı hamımıza aydındır ki, hər sivilizasiyanın inkişaf mərhələləri özündə bir neçə əlaməti gəzdirir. Aqrar cəmiyyətlər maddi sərvətlərin əhəmiyyətli bir hissəsinin kənd təsərrüfatı hesabına formalaşdığı cəmiyyətlərdir.
Aqrar cəmiyyət dedikdə göz önünə bunlar gəlir: kənd əhalisinin üstün olan xüsusi çəkisi, məşğulluğun əsasən kənd təsərrüfatında formalaşması, istehsal sahələrinin qənaətbəxş səviyyədə olmaması və s. Sənaye cəmiyyəti adlanan bir inkişaf mərhələsində mülkiyyət münasibətləri, nəqliyyat infrastrukturu, kommunikasiya vasitələrinin inkişafı, təhsilə və texnikaya olan marağın artması və s. kimi elementləri göz önündə canlandırırır. İnformasiya cəmiyyətinin inkişaf səviyyəsi dedikdə tamam fərqli təzahür formaları bizi əhatəyə alır: informasiya iqtisadiyyatı, informasiya texnologiyalarının rolu, elektron biznes, elektron demokratik insitutlar, elektron dövlət və s. ideyaları önə çıxır.
"İnformasiya cəmiyyəti” terminini leksikona salan Yaponiya professor Y. Xayaşinin (1969) bu ideyası artıq 25 ildir ki, Qərb dünyasında da işlənməyə başlayıb. Artıq qərbli-şərqli şimallı-cənublu olan inkişaf etmiş hansı dövlətlər varsa, onlar bu ideyanın ölkələri üçün əhəmiyyətini dərk edib ölkələrinin inkişafın trayektoriyasını müəyyənləşdirirlər. Daniel Bell, Piter Draker, Marşal Maklyuen, Elvin Toffler bəşər sivilizasiyasının sonuncu (hələlik) mərhələsinin ideya istiqamətvericiləri kimi inkişaf etmiş ölkələri özünün orbitinə alır. Biz isə yenidən aqrar mərhələyə qayıtmaq istəyirik. XXI əsrdə hibrik avtomobilindən imtina edib tarlalarda arabada gəzməyin xiffətin çəkənlərə oxşayırıq.
Dünyada artıq ciddi fikir insanları bu problemi həll etməyə çalışır. Necə etsinlər ki, dövlətləri zəngin olan xalqların cəmiyyətlərinin inkişaf səviyyəsi hətta ondan irəlidə getsin. Dövlət təbiətin hədiyyəsi hesabına böyük zənginliklər yarada bilər. Milli gəlirin "piroqunda” həmin resurslar ağırlıq (dominant) təşkil edə bilər. Amma cəmiyyətin ümumi inkişaf səviyyəsi xeyli gerirdə qala bilər. Aqrar təfəkkür aparıcı ola bilər. İnteqrasiya prosesi olmaya və sivil cəmiyyətin əlamətləri olmaya bilər.
Neftlə zəngin olan ərəb ölkələrində oxşar situasiyadır. Çünki, cəmiyyətləri qlobal inkişafına platformasında irəlilətmək daha çox vacibdir. Güclü cəmiyyətdən gözləntilər və onların dünyaya verə biləcəkləri tövhə də keyfiyyətcə daha fərqli olacaq. Bu baxımdan dövlətlərin inkişaf etməsi hələ cəmiyyətin də eyni templə inkişaf etməsi anlamına gəlmir. Cəmiyyətdə azadlıq dəyərləri, innovasiya və müasir prinsiplər üstünlük qazanmadıqca, dövlətlərin milli gəliri yüksələ də bilər, amma cəmiyyəti inkişaf etməyə bilər.
Cəmiyyətin bir sosial orqanizm olaraq inkişafı həm də inkişaf etmiş insan deməkdir. Çünki, dahilər (Oşo) deyirlər ki, böyük cəmiyyətləri böyük insanlar yaratmır, lakin böyük cəmiyyətlər böyük insanları yaradır. Hər sivil cəmiyyətin inkişaf səviyyəsinə görə vətəndaşları olur. O cümlədən aqrar cəmiyyətlərin də. İnformasiya cəmiyyəti yeni insan obrazı, rəqabətədavamlı vətəndaş və azad ruhlu sosial varlıq yetişdirəcək.
Seçim azadlığı bizə məxsusdur: Köləliliyə və sovetizmə qayıdışı, yoxsa azadlığa və informasiya cəmiyyətinə canatmanı seçməliyik?
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Ağstafada meşə sahəsində yanğın başlayıb
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb
"Sədərək"dəki yanğınla bağlı araşdırma başlayıb
Donald Tramp 111 illik tarixi dəyişdi, FED üzvünü vəzifədən azad etdi, qarşı tərəf isə dirənir: "İşimdə qalacam..."
"Fənərbağça" Livakoviçlə bağlı danışıqlara başlayıb
Sadettin Saran "Fənərbağça" prezidentliyinə namizəd oldu
Markov Rusiyanı tərk edəcək? - Açıqlama
Arzu Əliyeva Mehriban Əliyevanı təbrik edib - FOTO
35 il başqasının evində yaşadı, indi evdən çıxmaq üçün adambaşına 10 min istəyən keçmiş məcburi köçkün danışdı - VİDEO
Gəlini Mehriban Əliyevanı belə təbrik etdi: "...bu gözəl gündə Sizə daim xoşbəxtlik və sevinc arzulayıram!" - FOTO
"Qalatasaray" heyətini fransız futbolçu ilə gücləndirmək istəyir