14-10-2016 [16:52]
Tia.az saytının baş redaktoru Əlişir Əhəd Teleqraf.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
– Əlişir bəy, Tia.az-ın 7 yaşı tamam oldu.
– Hə... Tribuna İnformasiya Agentliyi Azərbaycanın internet məkanında ilk qaranquşlardan sayıla bilər. O zaman Azərbaycanda cəmi 5-6 sayt olardı, ya olmazdı.
– Söhbət neçənci illərdən gedir?
– 2009-dan. İndi isə üç mindən çox saytın olduğu deyilir. Demək olar ki, əksər saytlar məhz Tia.az-dan sonra yarandı.
– Ancaq media məkanında o qədər tanınmır, məşhur deyilsiniz...
– Elədir. Hazırda Tia.az-ın populyar bir sayt olduğunu iddia etmək, məncə də, doğru olmazdı. Ancaq bizim böyük auditoriyaya, böyük kütləyə xitab etmək kimi hədəfimiz yoxdur axı. Tia.az internet məkanında özünün siyasi ağırlığı ilə fərqlənən informasiya agentliklərindədir. Diqqət etsəniz görərsiniz ki, burada daha çox ictimai-siyasi və sosial yazılar üstünlük təşkil edir. Bu mənada düşünürəm ki, Tia.az ölkəmizin ictimai-siyasi dairələrində diqqətlə izlənən və məlumatlarına etimad göstərilən informasiya resurslarından biridir. Və bu da bizi qane edir.
– Daha da irəli getmək mümkün deyilmi?
– Əlbəttə, daha çox çalışmaq və daha böyük naliyyətlər də qazanmaq mümkündür. İnanırıq ki, biz bacarığımızla obyektiv və subyektiv səbəblərdən yaranan problemləri həll edib Tia.az-ın növbəti ad günündə keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağıq.
– Uğurlu bir sayt işlətmək üçün ən çox nəyə ehtiyac var?
– Bir az obrazlı deyim: maddi resuslar peşəkar və müasir medianın oksigenidir. Uğurlu bir nəticə əldə etmək üçün əlbətdə ki, böyük fədakarlığa ehtiyac var. Ancaq əgər maddi imkansızlıq səbəbindən müasir medianin tələbi olan eksklüziv informasiyalar ala bilmirsənsə, tanınmış qələm adamlarının yazılarını dərc etmək imkanın yoxdursa, operativ informasiya təminatında rəqiblərinə uduzursansa demək ki, hər şeyi fədakarlıqla həll etmək mümkün deyil.
– Yalnız pulmu?
– Şübhəsiz ki, uğurlu bir layihənin meydana çıxmasında maddi resurs böyük əhəmiyyət daşıyır.
– Bəs sizcə, ciddi maddi büdcəsi olan nə üçün tanınmır, oxunmur?
– Həyat elə sizin dediyiniz təzadlardan ibarətdi. Əgər istedadı olan insana, elə istedadı qədər də maddi imkan qismət olsaydı, siz indi belə nümunələr çəkə bilməzdiniz. Ona görə də bayaq qeyd etdiyim kimi, yalnız maddi imkanla bacarıq bir araya gələrsə, ortaya uğurlu iş qoymaq olar.
– Heçmi imkan yoxdur ki, tanınmış imzaların köşə yazıları tia.az-da görünsün? Yoxsa bura marağınız yoxdur, ya necə?
– Vaxtilə Tia.az-da tanınmış qələm adamların yazıları dərc olunurdu və elə indi də ara-sıra belə yazılar gedir. Ancaq tirajlı imzaların davamlığını təmin etmək üçün şübhəsiz ki, geniş maddi imkanlara sahib olmaq şərtdi.
– Reket jurnalist, reket sayt ifadəsinə münasibətiniz necədir?
– Şübhəsiz ki, jurnalistikanın təməl prinsipləri, peşə etik kodeksi mediada çalışan hər kəs üçün qanun rolunu oynamalıdır. Bütün jurnalistlər fəaliyyətlərində, yazılarında həqiqətə işıq salmalı, qərəzdən, təhqirdən uzaq olmalıdır. Ancaq bəzən biz reket jurnalistika ifadəsi ilə tənqidçi media anlayışı arasındakı incə sərhəddi müəyyən edə bilmirik.
Bu gün fəaliyyəti ilə çirkaba batan, xalqı dövlətdən narazı salan nə qədər məmurlar var. Onların çirkin əməllərini ifşa edənlərə dərhal "reket” adı verməyə çalışırlar. Medianın gözündən yayınmaq üçün "reket” sözü sanki, onların qalxanına çevrilib. Əlbəttə ki, biz reket jurnalistikaya qarşı mübarizə aparmalıyıq, aparırıq da. Ancaq öz yazıları ilə insanların proeblemlərini həll etmək, kömək göstərmək istəyən, eyni zamanda istedadlı qələm adamlarını da məmurların "reket” tələsindən qorumalıyıq. Bu mənada ayrı-ayrı media qurumlarının ünvanına səslənən "reket jurnalistikası” ifadəsi diqqətlə, incəliklərinə qədər araşdırılmalı, sonra qərar verilməlidir.
– Tia.az-ı reket sayt hesab edənlər varmı?
– Düz 7 ildir rəhbərlik etdiyim Tia.az-la bağlı hər hansı bir məsələ bu günə kimi Mətbuat Şurası səviyyəsində müzakirə olunmayıb. Bundan əvvəl rəhbərlik etdiyim "Yeni Yol” qəzeti ilə bağlı da eyni fikirləri deyə bilərəm. Bu baxımdan düşünürəm ki, reket jurnalistika ifadəsinin bizim agentliyə heç bir aidiyyatı yoxdu.
– Redaksiyada neçə əməkdaş var?
– Müxtəlif dövrlərdə müxtəlif jurnalistlər Tia.az-da çalışıblar, əməkdaşlıq ediblər. Hazırda isə altı nəfərlik bir komanda ilə işləyirik.
– Əməkdaşlar maaşlarından razıdırlarmı?
– Maksimum çalışırıq ki, əməkdaşlarımızın maddi ehtiyaclarını qarşılayaq. Ancaq bir gerçəklikdir ki, dünyanın heç bir nöqtəsində və sahəsində öz əmək haqqından razı qalan az adam tapmaq olar.
– Maraqlıdır, saytın maliyyə məsələsini necə yoluna qoyursunuz? Sirr deyilsə…
– Təbii, desəm ki, dərs dediyim yerdən qazancımın 280 manatını və atamın 43 il müəllim işləyəndən sonra aldığı 230 manat pensiyasını gətib Tia.az-ın fəaliyyətini təmin edirəm, gülməli çıxar. Eləmi? Tia.az hazırda 15-ə yaxın dövlət və özəl qurumlarla ödənişli əsaslarla əməkdaşlıq edir. Bunun müqabilində portalımız həmin qurumların fəaliyyətini işıqlandırır. Biz belə nümunələrə dünyanın aparıcı KİV-də də rast gəlirik.
– Maraqlıdır, kimlərin yazılarını oxuyursunuz?
– Azərbaycan mətbuatında yazılarını daim oxuduğum , olduqca maraqlı və istedadlı qələm adamlar var . Məsələn, Zamin Hacının, Aydın Canıyevin yazılarını daim izləməyə çalışıram. Adını çəkmədiyim başqa dəyərli qələm sahibləri də var ki, çalışıram onların da yazılarını izləyim.
– Yaxşı bir sayt, qəzet yaratmaq üçün sizə maddi imkan yaradılarsa kimləri redaksiyaya götürərsiniz?
– Məncə, Azərbaycan mətbuatında kifayət qədər ciddi araşdırmaçı, köşə yazarı, reportyorlar var. Ad çəkmək istəmirəm, ancaq hesab edirəm ki, yüksək səviyyəli bir media qurumunu ərsəyə gətirmək üçün kifayət qədər potensiallı jurnalistlərimiz var. Və bu məsələdə onların istedadlarından istifadə etmək olar.
– Bir şey maraqlıdır. Saytınız siyasi məsələləri necə tənzimləyir? İqtidar, müxalifət… Yoxsa tamamilə obyektiv?
– Medianı siyasətdən kənar görmək mümkün deyil. Bu cür yanaşma reallıqdan və obyektivlikdən uzaqdı. Media tarixən siyasətin ayrılmaz və mühüm elementlərindən biri olub. Mətbu orqanların müxalifət və iqtidaryönlü kimi bölünməsi dünyanın bir çox ölkəsində rast gəlinən praktikadır.
Kəramət Böyükçöl

İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı - Zaur Axundova şok ittiham var
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə
ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
Yeni Baş nazir kollektivə təqdim edilib - Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən
Azərbaycan millisi yoxlama oyununu keçirib
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi var - DİN vakant yerlərə işçi axtarır
İstefa verən bələdiyyə sədri partiya liderindən şikayət edib
İcra başçısı vəzifədən azad edildi - Sərəncam
İki həkim həbs edildi - Məhkəmə zalında
Siyavuş Novruzov: "Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü..."
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? - TƏHLİL
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
Bakıda türk biznesmenə niyə hücum olub? - VİDEO + AÇIQLAMA
General-mayora ağır itki üz verib