Rektor jurnalistə vəzifə verdi - Universitetdə dəyişiklik

img

19-10-2016 [19:04]


Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva daha bir kadr dəyişikliyi edib.

Mia.az Bakipost.az-a istinadən  xəbər verir ki, o, universitetin mətbuat katibliyinə yeni təyinatla bağlı əmr imzalayıb.

Məlumata görə, bu vəzifəyə jurnalist İbrahim Quliyev gətirilib.



Universitetin mətbuat xidmətinin sabiq rəhbəri Adil Əliyev məlumatı təsdiqləyib. Bildirib ki, hazırda universitetdə müəllim kimi fəaliyyət göstərir.

İbrahim Quliyev də sayta xəbəri təsdiqləyərək bildirib ki, sentyabrın 8-dən etibarən bu vəzifəni icra edir.

Qeyd edək ki, İbrahim Quliyev Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, bir neçə kitabın müəllifidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA