Ramil Usubov Səbail polisinin yeni binasının açılız mərasimində iztirak edib

img

06-05-2010 [05:22]


Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 6-da Səbail Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, nazir bina ilə tanış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 2870 kvadratmetrdir. Müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 49 xidməti otaq, yeməkxana, sahəsi 306,8 kvadratmetr olan akt zalı var. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb, foyedə Heydər Əliyevin həyat yolunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub. Görülən işləri yüksək qiymətləndirən nazir Səbail RPİ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə edib, tövsiyələrini verib. Nazir əmin olduğunu bildirib ki, Səbail RPİ-nin şəxsi heyəti bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, ölkəmizin paytaxtında sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək. Yeri gəlmişkən, H.Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində Göygöl, Qusar və Oğuz rayonlarında da polis şöbələri üçün yeni inzibati binalar istifadəyə veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA