2010-2011-ci tədris ilində Polis Akademiyasına qəbul olunan abituriyentlərin nəzərinə

img

10-05-2010 [03:01]


Daxili İşlər Nazirliyi 2010-2011-ci tədris ilində Polis Akademiyasına qəbul olunan abituriyentlərə xəbərdarlıq edir. Müstəqil İnformasiya Agentliyi DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən olunmuş qaydalara uyğun olaraq Daxili İşlər Nazirliyinin Seçmə Komissiyasından keçmiş abituriyentlərin ərizələrinin qeydiyyatı may ayının 31-dək Polis Akademiyasında, Bakı ş. Şüvələn qəs. Almaz İldırım küç 3 ünvanında aparılacaq. Qeydiyyat üçün abituriyent şəxsiyyət vəsiqəsi, çağırışçı vəsiqəsi, 11-ci sinifdə təhsil alması barədə kodlu arayış (və ya attestat) və ödəmə kartı gətirməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA