ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici izlər nazirləri ilə görüzü keçiriləcək

img

06-05-2010 [03:28]


Yaxın günlərdə Avropada ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü keçiriləcək. Bu barədə həmsədrlərin bu gün yaydığı birgə bəyanatda məlumat verilib. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, həmsədrlər Robert Bradtke (ABŞ), Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) mayın 5-də ATƏT-in Minsk Qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin gedişi barədə məlumat veriblər. Həmsədrlər həmçinin tərəflərin Madrid prinsipləri və həmsədr ölkələrin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdiyi birgə bəyanatda qeyd olunmuş prinsiplər əsasında tərəqqi əldə etməyə hazır olduqlarını vurğulayıblar. Vyanaya görüşü zamanı ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov öz xələfi İqor Popovu Minsk Qruou üzvlərinə rəsmi olaraq təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA