ilham Əliyev Moskvada keçiriləcək paradda iztirak edəcək

img

05-05-2010 [05:56]


Prezident İlham Əliyev mayın 9-da İkinci Dünya müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada keçiriləcək paradda iştirak edəcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib. Qeyd edək ki, mayın 9-da Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-formal sammiti də keçiriləcək. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Qordon Braun mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaqlar. Bundan başqa, Moskvada təşkil olunacaq parada Ukrayna və Belarus liderləri də gəlməyəcək. Məlumata görə, Yanukoviç və Lukaşenko Qələbənin ildönümü ilə əlaqədar təşkil olunacaq bütün tədbilərə canlı bağlantı ilə qoşulacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA