07-10-2016 [12:19]
Xalq artisti, tanınmış tarzən Ramiz Quliyevin AzVision.az-a müsahibəsi:
- Sizinlə görüşümüz payız fəsilənə təsadüf edir. Romantik payızda əhvalınız necədir?
- Yay-yaz başqa aləmdir. Payızın öz gözəlliyi var. Baxır nə üçün, kimin üçün. Payız hansı yaşda, ömrün hansı çağında gəlir, bunların öz mənası var. Ancaq insan ixtiyar vaxtında çalışır ki, qışı adlayıb, birdən-birə yaza keçsin. Ümumi götürəndə mən bütün fəsillərdə özümü yaxşı hiss edirəm. Tar sinəmdədirsə, kefim əla, halım yaxşı olur.
- Ağdamın payızını xatırlayırsınızmı?
- Hər yerdə Ağdamın havasını uduram. Qarabağa həsrətlə baxıram. Ağdama qayıtmaq həsrətilə yaşayıram. İnanıram ömrümün daha bir payızını Ağdamda keçirəcəyəm.
-Səhv etmirəmsə sizə ilk tarı 5 yaşınızda əminiz alıb. O zaman siz balaca, tar böyük idi. İllər keçdi, siz yaşa doldunuz, sizinlə bərabər tar da böyüdü, məşhurlaşdı.
-Bir də gözümü açıb gördüm ki, tar mənimlə güləşir. Artıq elə bir məqam gəlib çatdı ki, tarla dialoq qorumağa məcbur oldum. Hiss etdim ki, mən tardan bir az yaşca böyümüşəm. Yaşa dolduqca tara məhəbbətim artdı. Düşünürdük ki, biz bir- birimizi bağrımıza basmaqla yanaşı, güləşib məhv edə bilərik. Elə etdik ki, nə tar mənim yanımda, nə də mən tarın yanında xəcalətli oldum.
-Başqa musiqi alətlərində ifa etməyi bacarırsınız?
- Səsləri bilmək, musiqini öyrənmək üçün piano ilə başlayırıq. Alətlərin içərisində ən çətini, ən dəyərlisi səs tembiri, texniki- bədii imkanlarına görə tar şahanə bir musiqi alətdir. Tarda ifa etməyi bacaran adam bütün alətləri ifa edə bilər.
- İstərdik ilk dəfə konservatoriyaya qədəm qoymanız, buranın rektoru, dahi bəsətkar Cövdət Hacıyevlə görüşünüzdən danışasınız.
-1964-cü ildə Ağdamdan Bakıya imtahan verməyə gəlmişdim. Təxminən iyun, iyul ayları idi. Bakıya artıq ikinci dəfə idi gəlirdim. 17 yaşım var idi. Kənddən gələn uşaq idim. Şəhərdə tramvayların səsi, şəhər ab- havası mənə çox qəribə, maraqlı gəlirdi. Ancaq konservatoriyanı görməmişdim. "5 mərtəbə”də düşdüm. Əlimdə tar və balaca çantam var idi. Bir yaşlı kişiyə yaxınlaşıb ondan soruşdum ki, konservatoriya harada yerləşir, necə getməliyəm? Mənə dedi ki, o hansı binadır, necə binadır? Dedim, qarşısında heykəl var. Dedi, otur tramvaya filan yerdə düşərsən. Tramvaydan dediyi yerdə düşəndə baxıb gördüm ki, ünvanı səhv salmışam.
Onun dediyi yer Cəfər Cabbarlının heykəli idi. Bir təhər Konservatoriyanı tapdım. Üzeyir bəyin, möhtəşəm bir şəxsiyyətin heykəlini gördüm. Ən gözəl, qiymətli anlardan bir idi.
Tarımı və çantamı götürüb pilləkənlə yuxarı qalxdım. Baxdım ki, dəhlizdə heç kim yoxdur. İkinci mərtəbəyə çıxdım. İkinci mərtəbədə də heç kimi tapa bilmədim. Ora- bura baxdım. Birdən bəstəboy, uzun saçlı 50-55 yaşlı bir adam mənə baxıb, dedi, sən burada nə edirsən? Kimsən sən? Özümü təqdim elədim. Mənə sual verdi ki, Çaykovski kimdir? Belə baxdım, bu kişi kimdir ki, məni sual- cavab edir. Ancaq ədəb qaydası ilə dedim ki, bəstkardır. Əsərlərinin adını çəkdim. Soruşdu ki, Qlazunov kimdir? Rus bəstəkarı olduğunu bildirdim. Əsərlərinin adını soruşdu. Fikirləşəndə qayıtdı ki, get, güclü hazırlaş.
Konservatoriyadan çıxıb kefsiz-kefsiz kirayə qaldığım evə çatdım. Tarı çıxardıb özüm üçün segah ifa elədim. Bu vaxt qonşuluqda yaşayan, ətrafda olan 4-5 nəfər mənə yaxınlaşdı. Hamısı əl çaldı. Dedim, mən nə hayda, siz nə hayda. Başıma gələn əhvalatı onlara danışdım. Qulaq asanlardan biri qayıtdı ki, "ala, fikri eləmə, Qlazunovu özümüz tapıb başa salarıq ki, belə etməzlər”.
Xeyli güldüm. Sonra dedim, rəhmətliyin oğlu Qlazunov iki əsr əvvəl ölüb.
-O dövrdə tanınmışlardan kimlərlə yaddaqalan görüşləriniz olub?
-Mənim xoşbəxtliyim ondadır ki, gözümü açandan dahilər görmüşəm: Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rütsəmov, Süleyman Rüstəmov, Tofiq Quliyev, Rauf Hacıyev. Onlarla gözəl münasibətimiz olub.
-Ramiz müəllim, sənətkarlar olur ki, efirdə görürük, ifalarına qulaq asırıq. Həmin insanlara vurğun oluruq. Ancaq şəxsiyyətə gələndə isə bəzən xəyal qırıqlığı yaşayırıq. Bəs siz adlarını çəkdiyiniz o insanlar necə idilər? Mənə elə gəlir ki, o zamanlar ziyalılıq, alicənablıq daha üstün idi.
- Düz deyirsiniz, sizinlə tam razıyam. Bu çox problemli bir məsələdir. Təhsil, elm insan üçün hava və su kimi lazımdır. Biz təhsil almasaydıq, bu gün müqəddəs ocaqda ola bilməzdik. Tərbiyə almasaydıq, ədəb-ərkanı gözləməzdik. Dövr zaman elə oldu ki, biznes qabağa keçdi, ona xatir insanlar maddiyata meyilləndilər. Musiqiçilərin əksəriyyəti toya geməyə məcbur oldular.
Bəzən ürəyim ağrıyır. Tarı, kamançanı götürüb pilləkənin üstündə ona-buna çalırlar. Bütün bunlar mənəviyyata, mədəniyyətə ziyan vuran amillərdir. İnsanlar banklardan yüksək səviyyədə gəlir əldə etməyə, bazarlardan oğurluq etməyə başladılar. Bax, bundan sonra elm də, təhsil də ikinci plana keçdi.
İndi maddiyat öndədir, nəinki mənəviyyat. Pul həmişə vacib amildir, amma ehtiyac olan qədər. O insanlar ona görə dahidlər ki, varlıqlarını, şəxsiyyətlərini qoruyub çirkin əməllərə getməmişdilər. Ümumiyyətlə, kişi şəxsiyyətini pula satmaz.
Bəzən ən qəddar, ən zalım insan belə şair nəcibliyi ilə şeir yazır. Fikrinizcə, pis insan yaxşı sənətkar ola bilərmi?
-Sənət adamı heç vaxt qəddar ola bilməz. Deməli, onun sənəti, şəxsiyyəti zəif olub. Mənə göstərin ki, hansı böyük sənətkar qəddar olub. Nadir hallarda belə şeylər olub.
-Sizdə fədakar ata obrazı var. Bildiyimə görə, oğlunuz Əyyub Quliyevin xaricdə musiqi təhsili alması üçün 4 ədəd qiymətli tarınızı satmısınız...
-Bəli , tarlarımı satıb, oğluma təhsil verdim. Heç kimə baş əymədim. Oğlum Avstriya, Vyana kimi yerdə təhsil aldı. Bizim ailəmiz elm, sənət ailəsidir. Evimizdə böyük bir masa var. Bir tərəfdə oğlanlarım, digər tərəfdə nəvələr, gəlinlər yığışıb çalışır. Uşaq vaxtından atam mənə tərbiyə verdiyi kimi, mən də övladlarıma tərbiyə verirəm. Azərbaycan drijorluq tarixində Niyazidən üzü bəri oğlum Əyyubdan başqa heç kim aspirant təhsili almayıb. Onun beynəlxalq müsabiqələrdə, festivallarda tutduğu yerlərə görə tarları satmağa dəyərdi.
Fərhad Bədəlbəyli xaricdən mənə zəng edib, dedi ki, "Ramiz bilirsən bu böyük qələbədir”. Onun fitri istedadı var. Bu istedad üçün mən nə desən edərdim.
Hərdən deyirəm ki, oğul fəxri ad almadığın üçün həvəsdən düşmə. Deyir ata, mənim fəxri adım mənim sənətimdir. Digər oğlum Emin isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Konstitusiya məhkəməsində işləyir.
-Eşitdiyimə görə, məmurlardan biri sənətinizin vurğunudur. Hətta bir neçə dəfə sizə maddi dəstək verib.
-Bəli olub. Siz dediyiniz adam oğlum Əyyubun da, mənim də xaricə gedərkən biletlərimizin xərcini ödəyib, qonararımızı verib. Elə adamlar çox azdır. Elə nazir var ki, hünəri, şəxsiyyəti ilə böyük insandır.
-Müsahibələrinizin birində banka külli miqdarda borcunuzun olduğunu demişdiniz.
- Adam çətinə düşə bilər. Maddi baxımdan çətinlik olanda Beynəlxalq banka üz tutmuşuq. Oğlumun evi yox idi. Kredit pul götürüb ona ev almışıq. Hal-hazırda banka 97 min manat borcum var. Aylıq 1000 manat prezident təqaüdü alıram. Bunun üstünə həyat yoldaşımın və özümün maaşını da qoyub 2571 manat kredit ödəyirəm. Şükür Allaha kiməsə möhtac deyilik, pensiyamızla dolanırıq.
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."
Nazir prezidenti "narkoman" adlandırdı, sərt cavab gecikmədi: "Get, Baş nazirin arvadının korrupsiyası ilə məşğul ol!"
ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
Heyətə alınmayan Bonuççidən paylaşım - FOTO
Məşhur müğənni qəza törədib - FOTOLAR
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR