Əhmədinejad Nyu-Yorkda kəskin bəyanat verdi, ABŞ, ingiltərə, Fransa nümayəndələri boykot etdilər

img

04-05-2010 [12:39]


Nüvə silahının yayılmaması müqaviləsinin yerinə yetirilməsi ilə bağlı BMT-nin konfransı ötən gün öz işinə başlayıb. Tədbirin ilk günündə BMT baş katibi Pan Ki Munun çıxışından sonra İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad kürsüyə çıxıb. Nüvə texnologiyalarından istifadə etməyə icazə verməyən Qərb dövlətlərini ikili standartlar tətbiq etməkdə ittiham edən İran prezidenti ilk dəfə nüvə silahından istifadə edən ölkənin də məhz Amerika olduğunu xatırladıb: ?İkinci Dünya Müharibəsini başa çatdıran atom bombası bütün dövlətlərə bu istiqamətdə cəsarət verdi. İndi isə sionist ölkə silahlanır. Qərb dövlətləri heç bir təsir qüvvəsi olmayan və status əldə edən bu müqavilədən bizim kimi inkişaf etməkdə olan ölkələrin nüvə texnologiyasından sülh məqsədli fəaliyyətinin qarşısını almaqda istifadə edir?. Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad çıxış edərkən Amerika, İngiltərə və Fransanı təmsil edən nümayəndələr zalı tərk edib. Konfransın may ayının 28-nə qədər davam etməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA