"Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" qərara dəyiziklik edilib

img

03-05-2010 [04:12]


"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar verilib. Müstəqil İnformasiya Agentliyi Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, qərara əsasən "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin ediləcək. 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ? 10, maddə 866; 2006-cı il, ? 3, maddə 303, ? 5, maddələr 463, 468, ? 8, maddə 731, ? 9, maddə 822, ? 11, maddə 994; 2007-ci il, ? 1, maddə 50, ? 10, maddə 1021, ? 12, maddələr 1343, 1352; 2008-ci il, ? 2, maddə 130, ? 4, maddə 308, ? 10, maddə 936; 2009-cu il, ? 1, maddələr 22, 32, ? 2, maddələr 144, 150, ? 9, maddələr 736, 753) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Büdcə xərclərinin funksional təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. "Təhsil" bölməsinin "Ali təhsil" köməkçi bölməsinin birinci və ikinci paraqraflarında "mərhələsi" sözləri "səviyyəsi" sözləri ilə əvəz edilsin; 1.2. "Büdcə xərclərinin funksional təsnifatına əlavə"nin izahat hissəsi üzrə: 1.2.1. 4.5.0-cı bənddə hər iki halda "mərhələsi" sözləri "səviyyəsi" sözləri ilə əvəz edilsin; 1.2.2. 4.5.1-ci və 4.5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin: "4.5.1. "Ali təhsilin birinci səviyyəsi" paraqrafına Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində və baza ali tibb təhsilində dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığının təmin edilməsi ilə bağlı xərclər daxildir. 4.5.2. "Ali təhsilin ikinci səviyyəsi" paraqrafına Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin magistratura səviyyəsində və rezidenturasında dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığının təmin edilməsi ilə bağlı xərclər daxildir.". 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR